Dünya

Rusiya və İran təhlükəsizlik məsələlərini müzakirə etdilər

Sharing is caring!

İranın Tehran şəhərində təhlükəsizlik məsələləri üzrə Rusiya-İran məsləhətləşmələri aparılıb.

Məsləhətləşmələr iki ölkənin nazirlik və idarələrin nümayəndələrinin iştirakı ilə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani tərəfindən keçirilib.

Tərəflər hüquq-mühafizə sahəsində, o cümlədən ictimai təhlükəsizliyin təmini, terrorizm və ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini ətraflı müzakirə ediblər. Görüşdə həmçinin informasiya təhlükəsizliyi mövzusuna toxunulub, Qərbin xüsusi xidmət orqanlarının hər iki ölkənin daxili işlərinə müdaxiləsinə qarşı tədbirlər masaya yatırılıb.

Mənbə: Vestnik Kavkaza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir