Dünya

Ekofəallar Van Qoqun tablosuna şorba tökdülər – FOTO

Sharing is caring!

İtaliyanın Roma şəhərində Vinsent Van Qoqun (1853-1890-cı illər) əsərlərindən ibarət sərginin təşkil olunduğu Palazzo Bonapart muzeyində “Son nəsil” hərəkatının fəalları niderlandlı rəssamın “Əkinçi” rəsminin üzərinə tərəvəz şorbası töküblər.

Onlar həmçinin iqlim dəyişikliyinə qarşı şüarlar səsləndiriblər.

Rəsm əsəri qoruyucu şüşə altında olub. Hadisə ilə bağlı başqa təfərrüat hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl də digər Avropa ölkələrinin muzeylərində oxşar hadisələr qeydə alınıb.

Mənbə: ANSA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir