Cəmiyyət

Xaçmaz-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib

Sharing is caring!

Xaçmaz-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Xaçmaz-Quba magistral yolunun 12-ci km-dən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Traktor” hərəkətdə olarkən “QAZel” markalı minik avtomobilinə çırpılıb və hadisə yerindən yayınarkən digər hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı Xaçmaz rayon sakinləri, 1989-cu il təvəllüdlü Qeybullayeva Ülviyyə Bəhruz qızı və 1964-cü il təvəllüdlü Cavadova Sevda Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şahidlərin şözlərinə görə, hadisəyə səbəb “Traktor”un sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir