Dünya

Bezosun keçmiş xadiməsi onu məhkəməyə verdi

Sharing is caring!

“Amazon”un qurucusu və dünyanın ən zəngin adamlarından biri olan Ceff Bezosun keçmiş xadiməsi Mercedes Vedaa onu əhkəməyə verib.

Xanım iş adamının əməkdaşları tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldığına və fasilə olmadan antisanitar şəraitdə işlədildiyini bildirib.

Vedaa 2019-cu ilin sentyabr ayından “Amazon”un heyətində olduğunu, bəzən gündə 10-14 saat işlədiyini, beş-altı ev işçisi qrupuna nəzarət etdiyini iddia edib.

Onun sözlərinə görə, qulluqçuların istirahət üçün yerləri və şəxsi tualetləri olmayıb.

Vedaa həmçinin vurğulayıb ki, menecerlərdən biri ona qarşı aqressiv və kobud olub və onun latın amerikalı işçilərə münasibəti ağdərili işçilərə münasibətindən fərqli olub.

Qadın üç illik işdən sonra vəzifəsindən azad edilib.

İndi o, maddi və mənəvi zərər qarşılığında pul təzminatı tələb edir.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir