Dünya

Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibini vəzifəsindən azad edib

Sharing is caring!

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apta Alaudinovu Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.

“Alaudinov Aptı Aronoviç 2022-ci il oktyabrın 31-dən öz təşəbbüsü ilə Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin”, – sərəncamda bildirilib.

Eyni zamanda, Alaudinov respublika rəhbərinin güc bölməsi üzrə köməkçisi və Ukraynadakı hərbi əməliyyatda iştirak edən “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri vəzifələrinin icrasını davam etdirir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir