Dünya

Ukrayna və Çexiya arasında razılaşma: Ordunun gücləndirilməsi üçün 50+ layihə

Sharing is caring!

Ukrayna ordusunun gücləndirilməsi üçün Çexiyanın iştirakı ilə 50-dən çox layihə həyata keçiriləcək.

Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov iki ölkə arasında hökumətlərarası məsləhətləşmələrdən sonra “Twitter” hesabında açıqlama verib.

“Çexiyalı həmkarım Yana Çernoxova ilə möhtəşəm görüş oldu. Gündəmdə isə Ukrayna ordusunun gücləndirilməsi üçün Çexiyanın iştirakı ilə 50-dən çox layihənin reallaşdırılması məsələləridir. Biz cəbhədəki vəziyyət, silah və texniki təchizat, hava hücumundan müdafiə sahəsində layihələrin genişləndirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr apardıq”, – deyə Reznikov qeyd edib.

Öz növbəsində Çernoxova vurğulayıb ki, görüşdə Rusiyanın təcavüzünə qarşı mübarizədə gələcək humanitar və hərbi yardım, eləcə də Çexiyanın Ukraynanın müharibədən sonrakı bərpasında iştirakı məsələləri müzakirə olunub.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir