Dünya

Zukerberq xəstəxanaya yerləşdirilib

Sharing is caring!


ABŞ-li milyarder, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağını zədələyərək xəstəxanaya yerləşdirilib.

Zukerberqin dediyinə görə, məşq zamanı çarpaz bağı yırtılıb və o, əməliyyat olunub.

Qeyd edək ki, o, gələn ilin əvvəlində baş tutmalı olan qarışıq döyüş növlərində (MMA) iştirak edəcəkmiş. Lakin bu hadisəyə görə Zukerberqin iştirakı təxirə salınıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir