İdman

Azərbaycanın basketbol yığması Avropa çempionatının finalına yüksəlib – FOTO

Sharing is caring!


Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda finala yüksəlib.

“Report”un məlumatına görə, yığma yarımfinalda Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Milli komandanın finaldakı rəqibi Kipr – Kosovo qarşılaşmasının qalibi olacaq. İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir