Dünya

Sloveniya Müdafiə Nazirliyi: “Ukraynaya 28 ədəd M-55S tankı təhvil vermişik”

Sharing is caring!

Sloveniya Ukraynaya 28 ədəd M-55S tankı təhvil verib. Əvəzində Almaniyadan 35 ağır yük maşını və Almaniya istehsalı olan beş avtosistern alıb.

Bu barədə Sloveniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, ölkənin Ukraynaya verdiyi ikinci hərbi yardımdır. Birinci yardım iyul ayında 35 BVP M80A amfibiya zirehli personal daşıyıcısı olub. 

Sloveniya ordusunun anbarında olan M-55S tankları İkinci Dünya müharibəsinin sonunda hazırlanmış Sovet tankı T-55-in modernləşdirilmiş formasıdır.

Qeyd edək ki, köhnə sovet tanklarının xidmətdə qaldığı bir çox ölkələr onları modernləşdirdi. 

Mənbə: 24UR

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir