Dünya

Məşhur rəssamın əsəri 77 il “baş-ayaq” nümayiş olunub – FOTO/VİDEO

Sharing is caring!

Hollandiyalı abstraksionist rəssam Pit Mondrianın “New York City I” adlı əsəri 77 il tərsinə sərgilənib.

Bu barədə Düsseldorf Müasir İncəsənət Muzeyinin kuratoru Suzan Meyer-Byuzer bəyan edib.

Rəsm 1941-ci ildə çəkilib və ağ fonda kəsişən perpendikulyar çoxrəngli lentlərdən ibarət kompozisiyadır.

Meyer-Byuzerin sözlərinə görə, əsərin zolaqları aşağı getdikcə sıxılıb.

“Şəbəkənin qalınlaşması yuxarıda olmalıdır – qaranlıq səma kimi. Bunu digər kuratorlara bildirən kimi başa düşdük ki, bu, açıq-aşkar yanlışlıqıdr. Mən 100% əminəm ki, şəkil səhv nümayiş olunub”, – deyə sənətşünas izah edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir