Dünya

Qəfil yola çıxan at 15 nəfərin xəsarət almasına səbəb oldu – FOTO könül

Sharing is caring!

Türkiyənin Sivas vilayətində avtobusun və bir minik maşınının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəza atın avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxması nəticəsində baş verib.   

Belə ki, sürücü minik avtomobilini ata çırpıb. Nəticədə at arxadan gələn avtobusun qarşına düşüb və nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində iki sürücü olmaqla 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları çağırılıb. Yolda hərəkət bir müddətlik dayandırılıb.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir