Dünya

Gürcüstandan ikinci cəbhənin açılması ilə bağlı: “Biz bu səhvə yol verməyəcəyik”

Sharing is caring!

“Gürcüstan hakimiyyəti ən yaxşı taktika ilə hərəkət edir və ölkədə ikinci cəbhənin açılmasına imkan verməyəcək”.

Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bildirib.

Ukrayna hakimiyyətinin nümayəndələri dəfələrlə Gürcüstanı fürsətdən istifadə etməyə və itirilmiş əraziləri qaytarmağa çağırıblar. Gürcüstanı ikinci cəbhə açmağa ilk çağıranlardan biri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov olub. Onun sözlərinə görə, bu, Ukraynaya çox kömək edəcək.

“Müəyyən qruplar bunu istərdi. Bəziləri birbaşa bildirdilər ki, onlar Gürcüstanın müharibəyə cəlb olunmasını istəyirlər. Bizim buna haqqımız yoxdur. Təbii ki, biz bu səhvə yol verməyəcəyik”, – deyə Burçuladze bəyan edib.

“Kiminsə belə düşünməsi, hətta belə bir fikir səsləndirməsi ən azı böyük ədalətsizlikdir”, – deyə nazir əlavə edib.

Müdafiə idarəsinin rəisinin sözlərinə görə, indiki hakimiyyət bu səhvə yol versəydi, nə tarix, nə də cəmiyyət bunu bağışlamazdı.

“Biz artıq ən kritik mərhələni keçmişik, lakin bu halda belə çox ayıq olmalıyıq”, – deyə Burçuladze vurğulayıb.

Gürcüstan hakimiyyəti hər gün ölkədə sülhün və sabitliyin qorunmasının vacibliyini, kimin ölkəni müharibəyə sürükləməsindən asılı olmayaraq ikinci cəbhənin açılmasının yolverilməzliyini bəyan edir.

Mənbə: Sputnik

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir