Dünya

İranda tələbələr prezidentin sözçüsünü zaldan qovdular – VİDEO

Sharing is caring!

Ötən gün güc göstərmək və tələbələri susmağa məcbur etmək üçün “Xacə Nəsir” Universitetinə gedən İran prezidentinin sözçüsü Əli Bəhadori Cəhromi burada tələbələr tərəfindən etirazla qarşılanıb. Dövlət rəsmisi fitə tutulub və universitetdən qovulub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Belə ki, mühazirə zalına toplaşan narazı tələbələr prezidentin sözçüsünün universitetə gəlməsinə etiraz olaraq “Biz korrupsioner sistem istəmirik, biz qatil qonaq istəmirik”, “Hökumət sözçüsü, get, rədd ol”, “Diktatora ölüm!” şüarları səsləndiriblər.

Bundan sonra Cəhromi universiteti tərk etməyə məcbur olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir