İdman

DÇ-2022-nin ən yaxşı oyunçusu adı uğrunda mübarizədə favoritlərin adı açıqlanıb

Sharing is caring!

“Goal” portalı Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin ən yaxşı on oyunçusunun siyahısını dərc edib.

Reytinqə Argentina millisinin hücumçusu Lionel Messi başçılıq edir. O, turnirin beş oyununda dörd qol vurub və iki məhsuldar ötürmə edib.

İkinci yerdə fransalı hücumçu Kilian Mbappe qərarlaşıb. O, beş matçda beş qol və iki məhsuldar ötürməyə imza atıb.

İlk üçlüyü Mbappenin ortağı Antuan Qrizmann qapayıb. O, hələ bu mundialda qol vura bilməyib, lakin üç məhsuldar ötürmə edib.

Mükafata iddialıların tam siyahısı aşağıdakı kimidir:

1. Lionel Messi, Argentina.

2. Kilian Mbappe, Fransa.

3. Antuan Qrizman, Fransa

4. Dominik Livakoviç, Xorvatiya.

5. Əşrəf Həkimi, Mərakeş.

6. Bruno Fernandeş, Portuqaliya.

7. Sofyan Amrabat, Mərakeş.

8. Rişarlison, Braziliya.

9. Kodi Qakpo, Niderland

10. Cud Bellingem, İngiltərə

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir