Dünya

Hindistanlılar lampalarla Ginnesin Rekordlar Kitabına düşdülər

Sharing is caring!

Hindistanın Ayodhya şəhərindəki müqəddəs Saryu çayında 1,5 milyondan çox lampa eyni anda yandırılıb. Bununla da Ginnesin Rekordlar Kitabına daxil edilmiş yeni dünya rekordu qeydə alınıb. 

Rekord üç gün ərzində hazırlanıb.

Mərasimdə ölkənin Baş naziri Narendra Modi, həmçinin Uttar-Pradeş hökumətinin rəsmiləri də iştirak ediblər.

Rekordlar Kitabının nümayəndələri yalnız ən azı beş dəqiqə yanan lampaları nəzərə alıblar.

Xatırladaq ki, əvvəlki rekord da 2021-ci ildə Ayodhyada qeydə alınıb, o zaman 940 000-dən çox diya lampası çaya buraxılıb.

Hindu bayramı Divali ərəfəsində belə lampaların təntənəli şəkildə yandırılması Ayodhyada artıq ənənə halını alıb. Bu şəhər inanclı hindular üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Hindistan dastanlarından birinin baş qəhrəmanı olan Rama orada anadan olub.

Diya (Dipa da deyilir – red.) Divali ərəfəsində dulusçular tərəfindən kütləvi istehsal olunan kiçik neft lampalarıdır.

İnanca görə, onların alovu bütün il ərzində pis ruhları kəndlərdən və şəhərlərdən qovmalıdır.

Mənbə: The Times of India

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir