Dünya

Rusiyada ilk dəfə şəxsi avtomobil dövlətin xeyrinə müsadirə edilib

Sharing is caring!

Rusiyada ilk dəfə olaraq şəxsi avtomobil dövlət xeyrinə müsadirə edilib. Krasnoyarsk diyarının sakini ikinci dəfə sərxoş halda avtomobil idarə edərkən yaxalanıb.

O, 2,5 il sürücülük hüquqlarından məhrum edilməklə yanaşı, 360 saat məcburi ictimai işlərə cəlb olunub.

Bununla yanaşı, məhkəmə onu avtomobilindən də məhrum edib. Nəticədə “VAZ-2114” markalı maşın dövlət mülkiyyətinə keçib.

Qeyd edək ki, 26 yaşlı yerli sakin bu ilin iyul ayında da sərxoş halda avtomobil idarə edərkən saxlanılıb. Rusiyada sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə cəzanı sərtləşdirən dəyişikliklər iyulun 25-dən qüvvəyə minib. Həmin gündən sərxoş sürücülər üçün cərimənin məbləği, icbari ictimai işlər müddəti artırılıb. Bundan əlavə, residivistlər üçün avtomobilin dövlət xeyrinə müsadirəsi tətbiq edilib.

Mənbə: motor.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir