Cəmiyyət

Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunu maşın vurdu

Sharing is caring!

Şirvanda avtomobil iki nəfəri vurub.

APA-nın məlumatına görə, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.

Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir