Dünya

Yeni Zelandiyada məmurlara mürəkkəb sözlərdən istifadə etmək qadağan olundu

Sharing is caring!

Yeni Zelandiya parlamenti ölkənin rəsmi sənədlərində mürəkkəb sözlərdən və terminlərdən istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib.

Yeni “sadə dil” qanunu, həmçinin məmurlardan ictimaiyyətlə ünsiyyət zamanı mürəkkəb ifadələrdən qaçmağı tələb edir.

Müəlliflərin fikrincə, bu, qanunvericiliyi hər kəs, o cümlədən təhsil səviyyəsi aşağı olan, əlilliyə malik və doğma dili ingilis dili olmayan insanlar üçün daha başa düşülən edəcək.

“Yeni Zelandiyada yaşayan insanların hökumətin onlardan nə tələb etdiyini və hüquqlarının nə olduğunu başa düşmək hüququ var”, – deyə deputat Reyçl Boyak sənədin məqsədini açıqlayıb.

Yeni Zelandiya müxalifəti növbəti parlament seçkilərində qalib gələcəyi təqdirdə qəbul edilmiş qanunu ləğv edəcəyinə söz verib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir