Dünya

İspaniyanın ən gözəl kəndi öz titulundan imtina etdi

Sharing is caring!

“İspaniyanın ən gözəl kəndləri” kampaniyası ölkə daxilində ziyarət etmək üçün ən yaxşı yerləri seçir. Lakin qaliblərin heç də hamısı, məsələn Siurana kəndi rəhbərliyi buna sevinmir.

“Artıq çox sayda turist problemimiz var və daha çox insanın buraya gəlməsi mümkün deyil”, – deyə yerli hakimiyyət orqanları qərara münasibət bildirib və əlavə ediblər ki, belə şəraitdə “keyfiyyətli turizm xidmətləri mümkün deyil”.

Kənddə 30-a yaxın insan daimi yaşayır, yayda daha bir neçə nəfər yerli qonaq evlərində qalır.

Siurana Tarraqonada, Barselonadan 140 kilometr cənubda və İspaniyanın şərab bölgəsi Priorat yaxınlığında yerləşir. Kəndi əhatə edən əhəngdaşı qayaları alpinistlər və səyyahlar arasında məşhurdur.

Bundan əlavə, məhz burada 1153-cü ildə sonuncu müsəlman anklavı xristianlar tərəfindən tutulub və bu hadisənin şərəfinə Siuranda xatirə xaçı ucaldılıb.

Qeyd edək ki, son illərdə dünyada ifrat turizm problemi getdikcə daha çox gündəmə gəlir. Bu zaman müəyyən populyar turistik məkanlara gələnlərin sayı normadan dəfələrlə çox olur və yerli infrastruktur belə axının öhdəsindən gələ bilmir. İfrat turizm həm yerli sakinlərin həyatına, həm də mədəni və ya təbii attraksionların qorunmasına mənfi təsir göstərir.

Mənbə: unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir