Siyasət

Ərdoğan Naxçıvanla Azərbaycanın qərb rayonları arasında yolun açılmasından danışdı

Sharing is caring!

“Səfərimiz zamanı qardaşım İlham Əliyevlə görüşdə ikitərəfli əlaqələrimizi, regional və beynəlxalq vəziyyətdəki irəliləyişi müzakirə etdik. Biz bir daha təsdiq etdik ki, bizim Cənubi Qafqaza ümumi baxışımız sülh, sabitlik və inkişaf əsasında qurulub”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan qeyd edib ki, sərhədlərin müəyyənləşdirilməsi, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında əlaqə yolunun açılması və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addımlar təşkil edəcək:

“Uzun illərdən sonra böyük səylər bahasına bölgədə daimi sülh şansı əldə edildi. Biz bütün səmimiyyətimizlə Ermənistandan bu tarixi fürsətdən yararlanmasını gözləyirik. Şübhə yoxdur ki, Azərbaycan-Ermənistan danışıqlarındakı irəliləyiş Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də müsbət töhfə verəcək.

Qardaş Azərbaycanla əməkdaşlığımızı hər sahədə “bir millət, iki dövlət” şüarı ilə daha da gücləndirmək əzmindəyik. Ümidvaram ki, səfərim təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaq”.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir