Dünya

Nailə Əsgərzadə Kanadanın sanksiyaları SİYAHISINA salındı – FOTO

Sharing is caring!

Kanada rusiyalılara qarşı sanksiyaları genişləndirib. Yeni siyahıda əslən azərbaycanlı olan və Rusiyada fəaliyyət göstərən media nümayəndəsi Nailə Əsgərzadə də var.

Məhdudiyyətlər siyahısında həmçinin Rusiya prezidentinin köməkçisi və keçmiş mədəniyyət naziri Vladimir Medinski, aktyorlar Sergey Bezrukov, Vladimir Maşkov, aktyor və deputat Dmitri Pevtsov, “Moskovski Komsomolets” nəşrinin baş redaktoru və sahibi Pavel Qusev, teleaparıcı Mariya Sittel, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin baş direktorunun birinci müavini Andrey Kondraşov, “Pervıy Kanal”ın informasiya proqramlarının rəhbəri Kiril Kleymenov, “Komsomolskaya Pravda”nın jurnalistləri Aleksandr Kots və Aleksandr Qamov, idman aparıcısı Dmitri Quberniyev, “Qazprom-Media” baş direktorunun müavini Tina Kandelaki, onun oğlu və qızı, “Rosneft”in vitse-prezidenti və teleaparıcı Mixail Leontyev, Dövlət Dumasında “Yeni insanlar” fraksiyasının rəhbəri Aleksey Neçayev da var.

Ümumilikdə sanksiyalar siyahısına 34 şəxs və “Zvezda” telekanalı daxil edilib.

Xatırladaq ki, Nailə Əsgərzadə mart ayında Ukraynanın sanksiyalar siyahısına salınmışdı.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir