Dünya

Britaniyada tarixdə ilk dəfə orbitə buraxılacaq daşıyıcı raket kosmodroma gətirildi – FOTO

Sharing is caring!

Britaniya torpağından orbitə ilk peykin buraxılışını həyata keçirəcək “LauncherOne” daşıyıcı raketi Kornuolldakı Nyu-Ki kosmodromuna çatdırılıb.

İkipilləli raket Riçard Brensonun “Virgin” şirkəti tərəfindən istehsal edilib. Raket yüksək hündürlükdə daşıyıcı təyyarədən havaya buraxılmaq üçün nəzərdə tutulub.

“LauncherOne” hərbi təyyarə ilə Kaliforniyadan Kornuolla gətirilib və tədricən uçuşa hazırlanmağa başlayıb. Buraxılışın noyabrda baş tutması planlaşdırılır. Raket orbitə eyni anda doqquz peyk çıxaracaq ki, bunların da əksəriyyəti Britaniyaya məxsusdur.

Raketin gətirilməsi mərasimində kosmodromun direktoru Melissa Torp da iştirak edib.

“Bu anı yaşamaq üçün 8 il gərgin əmək sərf etdik. Bu işdə bütün komandanın qanı, təri və gözyaşları var”, – deyə Torp qeyd edib.

Noyabr buraxılışı təkcə Böyük Britaniyada ilk olmayacaq, eyni zamanda “LauncherOne”un ABŞ-dan kənarda da ilk buraxılışı olacaq.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir