Dünya

Pakistan səfiri: “Gəncəyə raket hücumları nəticəsində dağıntıları gözlərimizlə görmüşük”

Sharing is caring!

“Gəncəyə raket hücumları nəticəsində dağıntıları gözlərimizlə görmüşük”.

Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

O bildirib ki, Pakistan Azərbaycanın 2020-ci ildə Gəncəyə raket hücumları nəticəsində zərər görmüş evlərin bərpasında göstərdiyi səyləri yüksək qiymətləndirir: 

“Bu, mənim Gəncəyə ikinci səfərimdir. 2020-ci ildə, yəni şəhərə raket hücumundan dərhal sonra Gəncəni ziyarət etmək imkanım olub. Bu ərazilərdə bütün dağıntıları gözlərimizlə görmüşük. Bu gün yenidən buradayıq”.

Səfir söyləyib ki, bu hücumlar nəticəsində yaxınlarını itirən insanların ürəyindəki yaralar, təəssüf ki, heç vaxt sağalmayacaq.

Diplomat vurğulayıb ki, Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində həlak olan mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksi bu faciəli hadisələri xatırlatmaq üçün nəzərdə tutulub:

“Bu regionda sülhün bərqərar olacağına ümid edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir