Dünya

Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etdi: Əxlaq polisi də siyahıdadır

Sharing is caring!

Avropa İttifaqı İranın 11 fiziki və 4 hüquqi şəxsinə, o cümlədən İranın əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Aİ-nin rəsmi jurnalında qeyd edilib. Bu jurnalda müvafiq normativ aktlar dərc olunub.

“11 nəfər və 4 təşkilat məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi fiziki və hüquqi şəxslər, təşkilatlar və qurumlar siyahısına daxil edilməlidir. Bu qərar Aİ-nin İranla bağlı bütün narahatlıq doğuran məsələləri, o cümlədən insan haqlarının vəziyyətini həll etmək öhdəliyinə uyğun olaraq atılır”, – deyə məlumatda bildirilir.

Qara siyahıya xüsusən İranın əxlaq polisi və onun rəhbəri daxil edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir