Dünya

İsrail Ukraynaya “Dəmir qübbə” sistemlərini verməkdən imtina etdi

Sharing is caring!

İsrail Ukraynaya “Dəmir qübbə” raketdən müdafiə sisteminin elementlərini verməkdən imtina edib.

Təl-Əviv Suriyada və digər qaynar nöqtələrdə Rusiya ilə strateji münasibətləri saxlamaq kursu götürüb.

Kiyev meri Vitali Kliçko bildirib ki, Ukrayna İsraillə uzun müddətdir ki, raketdən müdafiə vasitələrinin təchizatı məsələsində danışıqlar aparırdı, lakin onlar uğursuz olub.

Bu məlumatı adının gizli qalmasını istəyən ABŞ konqresmeninin köməkçisi də təsdiqləyir. Onun sözlərinə görə, “Dəmir qübbə” sisteminin Vaşinqtonun maliyyə dəstəyi ilə hazırlanmasına baxmayaraq, ABŞ administrasiyası Təl-Əvivdən mövqeyini dəyişməyi tələb etməyib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir