Cəmiyyət

Metroda qatarlar niyə yayda isti, qışda soyuq olur? – AÇIQLAMA

Sharing is caring!


Son günlər Bakı Metropolitenindən istifadə edən sərnişinlər qatarların içərisinin soyuq olmasından şikayətlənirlər.

Müxtəlif vaxtlarda qatarlarda temperaturun nisbətən aşağı salınması barədə paylaşım edilsə də, vəziyyət dəyişməz olaraq qalıb.

Bəs “Bakı Metropoliteni” QSC bu məsələ ilə bağlı hansı tədbirləri görəcək? Qatarlar niyə yayda isti, qışda soyuq olur?

Mövzu ilə əlaqədar qurumun Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sistem öz-özünü avtomatik qaydada tənzimləyir:

“Bu, sadəcə, kondisioner deyil, mikroiqlim nəzarəti (rütubət, hərarət, tozluluq, hava çirkliliyi və s.) rejimidir. Maşinistin sistemi xüsusi qaydada qoşmaq-söndürmək səlahiyyəti yoxdur. Qatar depodan çıxanda bu sistem işə salınır və qatar depoya qayıdana qədər söndürülə bilməz. Sistem sərnişinin minimal həddindən maksimal tutum həddinə qədər hesablanıb. Qatara sərnişinlər daxil olduqca vəziyyətin dəyişdiyini özünüz də hiss edə bilərsiniz.

Həmçinin, bu sistemin söndürülməsi təlimatla olmalıdır. Əgər belə bir təlimat hazırlanarsa, daha çox sərnişin əziyyət çəkəcək. Çünki sistem bütün sərnişin salonunda mikroiqlimin, bəzən yayda hiss etdiyiniz kimi, bir neçə parametr üzrə tənzimlənməsini çatdırmayacaq. Qapılar açılıb-bağlandıqca, sərnişin minib-düşdükcə, sayı artıb-azaldıqca problemlər yaranacaq və narazılıq olacaq.

Hərarətə gəldikdə, salon müəyyən göstərici həddinə çatdıqda kondisionerin sürəti avtomatik sistemlə artıb-azalır. Yəni sistemin proqram təminatı ümumi temperatur rejimini uyğunlaşdırır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir