Dünya

“Drujba” neft kəmərinin Polşa hissəsində sızma aşkar edildi

Sharing is caring!

“Drujba” neft kəmərinin Polşa operatoru PERN bu gün səhər saatlarında boru kəmərində sızma barədə açıqlama verib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

“PERN avtomatlaşdırma sistemləri Ploskdan təxminən 70 kilometr aralıda, kəmərin qərb hissəsinin iki xəttindən birində sızma aşkar edib”, – deyə məlumatda qeyd edilir.

Bu xətt isə Rusiya xam neftinin Polşadan keçməklə Almaniyaya daxil olduğu əsas yoldur.

Sızmanın səbəbi hazırda məlum deyil. Kəmərin zədələnmiş hissəsində pompalanma dərhal dayandırılıb, 2-ci xətt isə fəaliyyətinə davam edir.

PERN xilasetmə xidmətləri və Fövqəladə Hallar Nazirliyinin Dövlət Fövqəladə Hallar Xidməti hadisə yerinə yola düşüb. Ərazidə vəziyyət qiymətləndiriləcək, ərazinin mühafizəsi və nəticələrin aradan qaldırılması işlərinə başlanılacaq.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir