Dünya

Ukraynalı səfir dəstəyə görə Azərbaycana təşəkkür etdi – FOTO

Sharing is caring!

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

O, bu barədə öz “Facebook” səhifəsində yazıb.

“Biz Ukraynanı dəstəklədiyinə görə Azərbaycana minnətdarlığımızı bildiririk! Bütün sivil dünya Ukraynanın dinc əhalisinə qarşı son cinayətlərə sərt reaksiya verməlidir. Bu gün bitərəf ölkələr yoxdur – təcavüzkarı dəstəkləyənlər və ya onun cinayətlərini pisləyənlər var!” – səfir qeyd edib.

Qeyd edək ki, bu gün Ukrayna şəhərləri Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumuna məruz qalıb. Təkcə Kiyevdə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Öz növbəsində Azərbaycanın Ukraynadakı səfirliyi Ukrayna şəhərlərinə raket hücumlarından narahatlığını ifadə edib.  

“Biz həlak olanların ailələrinə, eləcə də Ukrayna xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə sağalmasını, Ukrayna xalqına isə başları üzərində dinc səma arzulayırıq”, – səfirliyin bəyanatında deyilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir