Dünya

İslamabadın ən böyük ticarət mərkəzində yanğın baş verib – VİDEO

Sharing is caring!

Pakistanın paytaxtı İslamabadda böyük ticarət mərkəzində yanğın baş verib.

Restoranların yerləşdiyi üçüncü mərtəbədə başlayan yanğının qısa müddətdə birinci mərtəbəyə keçdiyi bildirilib.

“Centaurus” ticarət kompleksinin ərazisindəki insanlar təxliyə olunub.

Məlumata görə, hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırmağa çalışırlar.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Mənbə: “Anadolu”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir