Dünya

Türkiyədə məktəblilər arıların hücumuna məruz qaldılar: Tədris dayandırıldı – FOTO

Sharing is caring!

Türkiyənin Bursa şəhərində məktəblilər kütləvi formada arı sancmasına məruz qalıblar.

Hadisə İnegöl rayonundakı orta məktəblərdən birində baş verib.

Belə ki, tənəffüsə çıxan şagirdlərin bəziləri ağacda yerləşən arı pətəyinə çubuqla vurublar. Bu zaman pətəkdən çıxan arılar uşaqlara hücum ediblər. 15 şagirdi arı sancıb.

Məktəbə cəlb edilən səhiyyə qruplarının müdaxiləsi ilə onlar xəstəxanaya yerləşdiriliblər. Məktəbdəki digər şagirdlər isə evlərinə göndəriliblər.

Təhsil müəssisəsində dərslərə bir günlük fasilə verilib.

Mənbə: DHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir