İdman

QƏRİBƏ QƏRAR: Klubun sahibi baş məşqçini bir həftə əvəzləyəcək

Sharing is caring!

İsveçrənin “Sion” klubu baş məşqçisi Fabio Çelestiniyə maraqlı cəza verib.

Komandanın uğursuz nəticələrindən təngə gələn Super Liqa təmsilçisinin rəhbərliyi mütəxəssisi bir həftəyə işindən uzaqlaşdırıb. Ən qəribəsi isə odur ki, həmin müddət ərzində komandaya klubun sahibi və prezidenti Kristian Konstantin özü rəhbərlik edəcək. “Sion”u ölkə kubokunda və çempionatda “Luqano” ilə ardıcıl görüşlərə baş məşqçi kimi məhz o çıxaracaq. Klub prezidenti daha əvvəl də bir neçə dəfə müvəqqəti olaraq komandanın “sükanı arxası”na keçib.

“Sion” uzun müddətdir, qələbə qazana bilmir. İsveçrə çempionatında “Sant-Qallen”ə ev məğlubiyyətindən (0:4) sonra azarkeşlər italyan hücumçu Mario Balotellinin formasını yandırıblar.

Mənbə: fcsion.ch

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir