Şou-Biznes

Aygün 50 yaşını belə qeyd etdi – Video

Sharing is caring!

Bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür.

XəbərAl.az xəbər verir ki, sənətçi bu il də ənənəsinə sadiq qalaraq ad günündə yeni klipini təqdim edib.

 50 yaşını qeyd edən Aygünün “Bu qadın” adlı yeni klipi rəsmi “Youtube” kanalında paylaşılıb.  Ekran işini Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb.

Sosial şəbəkə hesabında klipi paylaşan müğənni “Doğum günümdə təqdim etdiyim yeni layihəmi gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm. “Bu qadın” tək deyil: mən, sən, o, biz – hamımız həmin qadınların dərd ortağıyıq. Doğum günümdə də bütün duyğularımı onlarla bərabər yaşayıram” – deyə, şərh yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir