Dünya

Cənubi Koreya 30-a yaxın qırıcı təyyarəsini havaya qaldırdı

Sharing is caring!

Cənubi Koreya 30-a yaxın qırıcı təyyarəsini havaya qaldırıb.

Bu, Şimali Koreyanın 12 təyyarəsinin iştirak etdiyi hava təlimlərinə cavab addımı olub.

Yerli vaxtla saat 14 radələrində Şimali Koreyaya məxsus 12 təyyarə, o cümlədən səkkiz qırıcı və dörd bombardmançı təyyarə nizamlı şəkildə iki ölkə arasında sərhədin şimalına doğru uçub. Buna cavab olaraq Cənubi Koreya “F-15K” təyyarələri də daxil olmaqla 30-a yaxın qırıcı təyyarəni havaya qaldırıb.

Məlumata görə, Şimali Koreya ordusu yerüstü hədəfləri vurmaq üçün təlimlər keçirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir