Dünya

Elbrus zirvəsindən qayıdan turistlər ətraf həyatdan tam təcrid olundular – VİDEO

Sharing is caring!

Rusiyanın Kabardin-Balkar Respublikasında turistlər sel səbəbindən ətraf həyatdan tam təcrid olunmuş vəziyyətə düşüblər.

Hadisə Kislovodsk-Elbrus avtomobil yolunda baş verib.

Güclü sel avtomobil yolunun Kislovodsk istiqamətində olan hissəsini  tamamilə yuyaraq yararsız hala salıb. Təbii fəlakət nəticəsində avtomobillər lil palçığın içində batıb qalıb.

Evakuasiyası və yolun təmizlənməsi üçün xüsusi texnika hələ də köməksiz qalan turistlərin olduğu əraziyə düşə bilmir.

Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır.

Mənbə: Baza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir