Dünya

Avropa Liqası: “Fənərbağça” və “Trabzonspor” Kipr və Fransa klubları ilə üz-üzə gələcəklər – AFİŞA

Sharing is caring!

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

Səkkiz qrupda ümumilikdə 16 görüş baş tutacaq.

Türkiyə təmsilçilərindən “Trabzonspor” H qrupunda Fransanın “Monako” klubunun qonağı olacaq. B qrupunda yer alan “Fənərbağça” Kiprin AEK (Larnaka) komandasını qəbul edəcək.

İngiltərə “Mançester Yunayted”i Kiprdə “Omoniya”nı sınağa çəkəcək. E qrupunun digər görüşündə “Şerif” Moldovada İspaniya “Real Sosyedad”ı ilə üz-üzə gələcək.

Turnirin favoritlərindən hesab olunan İngiltərənin digər komandası “Arsenal” Norveç “Budö Qlimt”ini qəbul edəcək. A qrupunda “Sürix” (İsveçrə) – PSV (Niderland) görüşü də gerçəkləşəcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

A qrupu

20:45. “Sürix” – PSV (Niderland)

23:00. “Arsenal” (İngiltərə) – “Budö Qlimt” (Norveç)

Xal durumu: “Budö Qlimt” – 4 (2 oyuna), “Arsenal” – 3, PSV – 1, “Sürix” – 0 (2 oyuna)

B qrupu

23:00. “Fənərbağça” (Türkiyə) – AEK (Kipr, Larnaka)

23:00. “Renn” (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna)

Xal durumu: “Renn” – 4, “Fənərbağça” – 4, AEK – 3, “Dinamo” – 0

C qrupu

20:45. HİK (Finlandiya) – “Ludoqorets” (Bolqarıstan)

23:00. “Roma” (İtaliya) – “Betis” (İspaniya)

Xal durumu: “Betis” – 6, “Roma” – 3, “Ludoqorets” – 3, HİK – 0

D qrupu

20:45. “Malmö” – “Yunion” (Berlin, Almaniya)

23:00. “Braqa” (Portuqaliya) – “Yunion” (Belçika)

Xal durumu: “Braqa” – 6, “Yunion” (Belçika) – 6, “Yunion” (Berlin) – 0, “Malmö” – 0

E qrupu

20:45. “Omoniya” (Kipr) – “Mançester Yunayted” (İngiltərə)

20:45. “Şerif” (Moldova) – “Real Sosyedad” (İspaniya)

Xal durumu: “Real Sosyedad” – 6, “Mançester Yunayted” – 3, “Şerif” – 3, “Omoniya” – 0

F qrupu

20:45. “Şturm” (Avstriya) – “Latsio” (İtaliya)

23:00. “Midtülland” (Danimarka) – “Feyenoord” (Niderland)

Xal durumu: “Feyenoord” – 3, “Midtülland” – 3, “Latsio” – 3, “Şturm” – 3

G qrupu

23:00. “Frayburq” (Almaniya) – “Nant” (Fransa)

23:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)

Xal durumu: “Frayburq” – 6, “Qarabağ” – 3, “Nant” – 3, “Olimpiakos” – 0

H qrupu

20:45. “Srvena Zvezda” (Serbiya) – “Ferentsvaroş” (Macarıstan)

20:45. “Monako” (Fransa) – “Trabzonspor” (Türkiyə)

Xal durumu: “Ferentsvaroş” – 6, “Trabzonspor” – 3, “Monako” – 3, “Srvena Zvezda” – 0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir