Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XəbərAl.az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”nın sürücüsü, 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.