Dünya

Türkiyə və Liviya arasında enerji sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb

Sharing is caring!

Bazar ertəsi Türkiyə və Liviya nümayəndələri enerji resursları sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.

Bunu jurnalistlərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tripolidə keçirilən danışıqların yekunları üzrə deyib.

“İmzalanmış sənəd Türkiyə və Liviya şirkətləri arasında əməkdaşlığı, quruda və dənizdə birgə tədqiqatların aparılmasını, dəniz zonalarının delimitasiyası, ərazilərimizdə zondlama işlərinin təşkilini nəzərdə tutur”, – türkiyəli nazir bildirib. Həmçinin, Çavuşoğlu üçüncü ölkələrin iki suveren dövlət arasındakı razılaşmalara müdaxilə etmək hüququna malik olmadığını vurğulayıb.

Qeyd edək ki, Çavuşoğlunun rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti Liviyada prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı əsasında danışıqlar aparıb. nümayəndə heyətinə XİN, müdafiə, energetika və ticarət nazirliklərinin rəhbərləri daxildir.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir