Dünya

Ancelina Coli iranlı qadınlara dəstək oldu: “Onların yaşamaq üçün azadlığa ehtiyacı var” – FOTO

Sharing is caring!

Tanınmış Hollivud aktrisası Ancelina Coli İranda davam edən iğtişaşlar fonunda iranlı qadınlara dəstəyini ifadə edib.

“İranlı qadınların yaşamaq üçün azadlığa ehtiyacı var”, – deyə o qeyd edib. Həmçinin aktrisa qadınların bədənlərinin idarə olunmasına ehtiyaclarının olmadığını bildirib. “Qadınların əxlaqlarına nəzarət edilməsinə, zehinlərinin yenidən tərbiyə edilməsinə və ya bədənlərinin idarə olunmasına ehtiyacları yoxdur”, – deyə aktrisa vurğulayıb.

O, İranda 22 yaşlı Məhsa Əmininin ölümünə və onun ölümündən sonra davam edən etirazlara diqqət çəkib.

Ancelina Coli baş verən hadisələr barədə məlumatlılığın artırılması məqsədlə “Instagram” hesabında İran küçələrində çəkilmiş bir neçə foto paylaşıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir