Kriminal

Xırdalanda tikinti şirkətindən 20 min manatlıq oğurluq

Sharing is caring!


Xırdalanda tikinti şirkətindən 20 000 manatlıq inşaat materialları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir