Dünya

Skuterlə liftə minməyin qorxunc nəticəsi – VİDEO

Sharing is caring!

Sosial şəbəkələrdə Rusiyanın Krasnodar şəhərində baş verən qorxunc hadisənin görüntüləri yayılıb. Belə ki, liftdə skuteri alışan kişi diri-diri yanmaq təhlükəsi ilə üzləşib.

Məlumata görə, kişi skuterində nasazlıq aşkar edib və onu emalatxanaya təhvil vermək qərarına gəlib. Liftdə olanda isə batareya alışıb. Tüstüyə görə liftin qapıları avtomatik kilidlənib; kişi alovların arasında qalıb.

Sonda o, liftdən çıxa bilsə də, dərisinin 60%-i yanıb. Zərərçəkmiş 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Liftə də ciddi ziyan dəyib.

Polis hadisə ilə bağlı yoxlamalara başlayıb.

Mənbə: “Shot” “Telegram” kanalı 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir