Dünya

Ermənistanda ölən əsgərlərin yaxınları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər – VİDEO

Sharing is caring!

Ermənistanda ölən əsgərlərin yaxınları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya zamanı gərgin vəziyyət yaranıb.  

Polis etirazçıları parlamentin xidməti girişinə buraxmır. Əsgərlərin yaxınları isə deputatları görmək üçün israr edirlər.

“Vətəndaş sazişi” partiyasının nümayəndəsi Ovik Ağazaryan əsgər yaxınlarının qəzəbinə tuş gəlib. Etirazçılar əvvəlcə onun ardınca “Satqın” qışqırıb, daha sonra üzərinə su atıblar.

Polis su atan qadını nəzarətə götürməyə çalışsa da, vəziyyət daha da gərginləşib. Nəticədə qadın sərbəst buraxılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir