Dünya

Nigeriyada quldurlar 15 məktəblini qaçırıblar

Sharing is caring!


Quldurlar Nigeriyanın şimal-qərbində 15 məktəblini qaçırıblar.

Bu barədə Nigeriyadakı Liman Abubakar təhsil müəssisəsinin nümayəndəsi məlumat verib.

“Bu saata olan məlumata görə, 15 şagird itkin düşüb, lakin onların sayı arta bilər”, – o bildirib.

Qeyd olunur ki, quldurlar gecə yarısı Sokoto ştatında məktəb yataqxanasına hücum ediblər.

Hazırda məktəblilərin qaçırılması bu həftə ikinci hadisə hesab olunur.

Xatırladaq ki, martın 7-də Kaduna ştatında quldurlar 287 məktəbli və müəllimi əsir götürərək naməlum istiqamətə aparıblar. Onların axtarışı davam etdirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir