Dünya

Azərbaycanlılar Ukraynada itkin düşdülər – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna ordusu Xarkov və Donetsk vilayətlərində əks-hücuma cəhd edib. 

“Bu vilayətlərin sərhədində yerləşən İzyum rayonunda Rusiya Silahlı Qüvvələrinin böyük bir qərargahı var. Ukrayna Silahlı Qüvvələrinin mütəmadi zərbələri bəzi hallarda uğurla nəticələnir. Hətta müharibədə Rusiya generallarının çoxu həmin qərargahda öldürülüb”, – deyə qeyd edilib.

O da bildirilib ki, Rusiya ordusunun separatçı qüvvələrlə Donetsk vilayətinə hücumu da davam edir. Əsas gərginlik Seversk, Baxmut, Slavyansk, Svetoqorsk rayonlarındadır.

Məlumatda Donetsk və Xarkov vilayətində daha üç azərbaycanlının itkin düşdüyü, onların kimliyinin isə hələ ki məlum olmadığı da qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir