Dünya

Britaniyada “Pia” fırtınası müxtəlif fəsadlara səbəb olub – VİDEO

Sharing is caring!


Britaniyada tüğyan edən “Pia” fırtınası müxtəlif fəsadlara səbəb olub.

Məlumata görə, İngiltərə və Uelsdə sarı həyəcan elan edilib. Saatda 185 kilometr sürətlə əsən külək damları qoparıb və yük maşınlarını aşırıb. Bir çox yerlərdə elektrik kəsilib.

Bundan başqa, qatar və aviareyslər ləğv olunub. Milad bayramı ərəfəsində bir çox britaniyalı və ölkəyə gələn qonaqlar uçuşların ləğvi səbəbindən ailələrinin yanına qayıda bilmirlər. London və Paris arasında dəmir yolu əlaqəsi, həmçinin bərələrin hərəkəti də müvəqqəti olaraq dayandırılıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir