İdman

Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Sharing is caring!

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

“Report”un məlumatına görə, 35 yaşlı baş hakim Avstriyada “Şturm” (Qrats) və Danimarka “Midtüllan”ı arasında keçiriləcək I tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmrəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də “Sturmstadion Liebenau” arenasında təşkil olunacaq F qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir