Cəmiyyət

Qusarda meyiti tapılan qadının əri saxlanıldı

Sharing is caring!

Qusar rayonunda meyit tapılıb.

“Report”un Şimal bürosunun verdiyi xəbərə görə, hadisə şəhər mərkəzində qeydə alınıb.

Belə ki, Qusar rayon sakini, 1995-ci il təvəllüdlü Əlifxanova Ellada Rauf qızı yaşadığı evdə ölü tapılıb.

İlkin məlumata görə, E.Əlifxanova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən öldürülüb.

Onun ölümündə şübhəli bilinən həyat yoldaşı Əlifxanov Zedik Muxtar oğlu saxlanılıb.

Ellada Əlifxanovanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir