Cəmiyyət

“Dostluq” kinoteatrında bərpa işlərinə başlanıldı – FOTOREPORTAJ

Bakıda “Dostluq” kinoteatrında bərpa işlərinə başlanılıb. Oxu.Az xəbər verir ki, işlər binanın qəzalı vəziyyətə düşmüş memarlıq elementlərini möhkəmləndirmək üçün ornamentlərini saxlamaq şərtilə aparılır. Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassız olduğunu, 6 fevral 2024-cü […]

Cəmiyyət

Zaqatalada ikimərtəbəli evdə yanğın olub

Zaqatalada ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın olub. APA xəbər verir ki, yanğın günorta saatlarında rayonun Lahıc kəndində Süleyman Saleh oğlu Yusifova məxsus ikimərtəbəli, 6 otaqdan ibarət evdə baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb ediliblər. Yanğının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Naxçıvanda bir tona yaxın mənşəyi məlum olmayan ət aşkar edilib

Naxçıvan Muxtar Respublikasının Qaraçuk kəndində bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət aşkarlanıb. Bu barədə Naxçıvanın Daxili İşlər Nazirliyindən (DİN) məlumat yayıb. Belə ki, Naxçıvan DİN-in Cinayət Axtarış İdarəsi keçirdiyi tədbirlər nəticəsində Qaraçuk kənd sakini, Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan bir tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız ət […]

Cəmiyyət

143 milyonluq məhkəmə prosesində ŞAHİD: “Şəxsən Rafael Xələfova 700 min manat vermişəm”

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə […]

Dünya

ABŞ MKİ rəsmiləri təcavüz barədə məlumat verən işçini işdən çıxarıblar

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) iş yoldaşının cinsi təcavüzündən şikayət edən əməkdaşını işdən çıxarıb. Həmkarı tərəfindən təzyiqə uğrayan MKİ əməkdaşı cinsi zorakılığa məruz qaldığını rəhbərlərinə bildirdikdən sonra işini itirib. Qadının vəkilinin sözlərinə görə, MKİ rəhbərliyi onu hadisəni ictimaiyyətə çatdırmamağa və açıqlama verməkdən imtina etməyə çalışıb. Zərərçəkmiş cinayəti ört-basdır etmək tələbindən imtina etdikdə işdən çıxarılıb. Şöbənin […]

Dünya

Mixail Qaluzin: “Moskva Qarabağda sülhməramlıların olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək”

“Moskva Qarabağda sülhməramlıların olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək”. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Mixail Qaluzin bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır. “Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və […]

Cəmiyyət

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən iki nəfəri müəyyən edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin şəxslərdən bir ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

NATO-nun baş katibi Rusiya ilə onilliklər boyu müharibəyə hazırlaşmağa çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun üzvlərini Rusiya Federasiyası ilə münaqişəyə hazırlaşmağa və döyüş potensialını artırmağa çağırıb. Onun sözlərinə görə, qarşıdurma onilliklərlə davam edə bilər. “NATO Rusiya ilə müharibə axtarmır… Amma biz onilliklər davam edə biləcək mümkün qarşıdurma üçün özümüzü silahlandırmalıyıq”, – deyə Stoltenberq bildirib. Onun sözlərinə görə, hazırda ən yaxşı müdafiə Ukraynaya yardım […]

Siyasət

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

Fevralın 10-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. President.az xəbər verir ki, Baş katib İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda […]