Siyasət

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

Sharing is caring!


Fevralın 10-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

President.az xəbər verir ki, Baş katib İlham Əliyevi prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd edib.

Dövlətimizin başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

10:23

bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə BP şirkəti adından Sizə səmimi təbriklərimi çatdırıram. Azərbaycan xalqının rifahının yaxşılaşması istiqamətində bütün səylərinizdə Sizə uğurlar arzulayıram.

Bu fürsətdən istifadə edərək bizim Azərbaycandakı enerji layihələrinə bp-nin davamlı sadiqliyini bir daha vurğulamaq istəyirəm.

bp şirkəti olaraq biz Azərbaycan hökuməti və SOCAR ilə uzunmüddətli tərəfdaşlığın daha da möhkəmlənəcəyinə ümidvarıq.

Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Tezliklə Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir