İqtisadiyyat

2024-cü ilin ilk investisiya təşviqi sənədləri sahibkarlara təqdim edilib – FOTO

“Bakı KOB evi”ndə üç sahibkara investisiya təşviqi sənədləri təqdim edilib. Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Məlumata görə, investisiya təşviqi sənədi almış layihələr qida məhsullarının istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək. Belə ki, investisiya təşviqi sənədləri “VVE GROVV” MMC-nin “Meyvə şirəsinin […]

Cəmiyyət

Bu gün geomaqnit qasırğası gözlənilir

Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir. Bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq. Xeberal.az

Cəmiyyət

Xocalıda musiqi məktəbində xeyli silah-sursat aşkarlanıb – FOTO/VİDEO

Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd “PK” markalı pulemyot, 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırıcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan, 10 […]

Dünya

Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 112-yə çatıb – VİDEO

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb. Bu barədə ölkənin Tibbi Ekspertiza İdarəsi məlumat yayıb. “Biz hesabatın 21:00-a (Bakı vaxtı ilə 04:00) dair məlumatlarını təqdim edirik. Bu vaxta qədər Valparaiso məhkəmə-tibb bölmələrinə 112 nəfərin meyiti daxil olub”, – deyə məlumatda bildirilir. Bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi. Fevralın 2-də Prezident […]

İdman

Azərbaycan Premyer Liqasında XXI tur Qəbələdə başa çatacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq. Oxu.Az-ın məlumatına görə, sonuncu oyunda “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 15:00-da başlayacaq. Görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək. Gəncə klubu 17 xalla 9-cu, Naxçıvan təmsilçisi 27 xalla 6-cıdır. Azərbaycan Premyer Liqası XXI tur 5 fevral 15:00. “Kəpəz” – “Araz-Naxçıvan” […]

Müharibə

Xüsusi təyinatlılar xizək sürərək atəş açmaq vərdişlərini nümayiş etdirdilər – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər. Şərti düşmən […]

Müharibə

Xüsusi təyinatlılar xizək sürərək atəş açmaq vərdişlərini nümayiş etdirdilər – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər. Şərti düşmən […]

Kriminal

Ağcabədi polisi əməliyyat keçirdi: 20 nəfər saxlandı – FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Ümumilikdə, 24 kiloqrama yaxın […]

Cəmiyyət

Zibil poliqonuna çevrilən ziyarətgahla bağlı icra hakimiyyətindən lakonik cavab – FOTO/VİDEO

Mərdəkanda qəbiristanlıq ərazisinin zibil poliqonuna çevrilməsi sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, söhbət “Mir Mövsüm ağa ziyarətgahı”nın arxasında yerləşən qəbiristanlıq ərazisindən gedir. Daxil olan şikayətlə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun rəsmisi Gülbala Qurbanov ərazinin niyə zibil poliqonuna çevrilməsi ilə bağlı Oxu.Az-ın heç bir sualına cavab verməsə də, ərazidə təmizlənmə işlərinin […]

Dünya

ABŞ və Böyük Britaniyadan Yəmənə növbəti SİLSİLƏ ZƏRBƏLƏR – VİDEO

ABŞ və Böyük Britaniya Yəməndə “Ənsar Allah” hərəkatının (Husi) hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib. Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb. Qeyd olunur ki, Hudeydə və Səada əyalətləri hücuma məruz qalıb. Telekanalın məlumatına görə, ABŞ və Britaniya Hudeydə əyalətinin Ras İsa limanı və Əz-Zeydiyyə şəhəri ərazisinə 11 zərbə endirib. Daha 4 zərbə əyalətin administrativ […]