Cəmiyyət

Laçında iş yerlərinin sayı sürətlə artırılır: Yerli sakinlərin çalışacağı müəssisədən REPORTAJ – VİDEO

Laçında fəaliyyət göstərən yeni müəssisə ekoloji baxımdan təmiz, tüstüsüz odunlar istehsal edəcək. Belə ki, müəssisə üçün Moldova istehsalı olan müasir avadanlıqlar gətirilib. Həmçinin burada yerli sakinlərin çalışacağı nəzərdə tutulur. Ətraflı “AzTV Xəbər”in süjetində: Xeberal.az

İdman

“Mançester Sity” “Jirona”nın futbolçusunu transfer edəcək

“Mançester Sity” iyul ayında “Jirona”dan Savionun keçidinə razılıq verib.   İnsayder Fabrisio Romanonun məlumatına görə, növbəti günlərdə “Sity” Futbol Qrupunun iki komandası arasında razılaşmanın imzalanacağı gözlənilir.   Bildirilib ki, alman və digər ingilis klublarının təkliflərinə baxmayaraq, Saáio yay transfer pəncərəsində məhz “Mançester Sity”yə qoşulmağı tərcih edib.  Xeberal.az

Cəmiyyət

Bakıda bir əsrdən çox yaşı olan bina qəzalı vəziyyətdədir – VİDEO

Bakıda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşmüş binada hələ də yaşayış var. Xezerxeber.az-ın məlumatına görə, söhbət Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 5 ünvanında yerləşən binadan gedir. Həmin binanın sakinləri tikilinin qəzalı vəziyyətdə olmasından narahatdırlar. Sakinlər deyirlər ki, artıq binadakı çatlar da yamaq götürmür. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. […]

Dünya

Böyük Britaniya kralı xərçəng xəstəliyinin müalicəsinə başlayıb – FOTO

Bukingem Sarayı Kral III Çarlzın xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb.  Müalicə müddətində o, vəzifələrini yerinə yetirməyə davam edəcək, lakin kütləvi tədbirlərdə iştirak etməyəcək.  Sarayın bəyanatında deyilir ki, kral müalicəsinə müsbət yanaşır və bütün ictimai vəzifələrinə tam şəkildə qayıtmağı səbirsizliklə gözləyir.  Kralın nümayəndəsi əlahəzrətin hansı xərçəng xəstəliyinə tutulduğunu açıqlamasa da, bunun prostat xərçəngi olmadığını vurğulayıb.  Mənbə: […]

Cəmiyyət

İrandakı səfirliyimizə hücum zamanı şəhid olan Orxan Əsgərovun atası: “Ölüm hökmü ədalətli olar”

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov İran hökumətinin qətli törədən şəxsə ölüm hökmünün verilməsinə dair yayılan xəbərlərə münasibət bildirib. O, “Qafqazinfo”ya açıqlamasında belə bir qərar olarsa, bunun ədalətli olacağını bildirib: “Bu xəbəri biz də eşitdik. Amma nə qədər həqiqətə uyğundur bilmirik. Amma bu qərar […]

Dünya

Türkiyədə dəhşətli zəlzələlərin ildönümü ərəfəsində səssiz yürüş keçirildi – VİDEO

Türkiyədə ötən ilin altı fevral zəlzələlərindən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda təbii fəlakət nəticəsində həyatını itirənlər anılıblar.  Zəlzələnin ildönümü ərəfəsində ölənlər və onların yaxınları üçün səssiz yürüş təşkil edilib.  Yürüş vilayətin Antakya rayonunda Sümerlərdən Armutluya doğru baş tutub.  Mənbə: OdaTV  Xeberal.az

Dünya

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti Azərbaycanla bağlı qəbul edilən qətnaməyə etirazını bildirib – FOTO

Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Oxu.Az müraciəti təqdim edir: “Zati-aliləri, Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması […]

MARAQLI

“An-2”nin ekstremal şəraitdə “drifti” sakinləri heyrətə gətirdi – VİDEO

Sosial şəbəkələrdə əlverişsiz hava şəraitində enişə cəhd edən “An-2”nin görüntüləri yayılıb. Videodan görünür ki, güclü küləklər səbəbində təyyarə “drift” etmək məcburiyyətində qalıb. Kadrlar Yamalda (Rusiya) qeydə alınıb. Məlumata görə, pilotun məharəti sayəsində ciddi qəzanın qarşısı alınıb, sadəcə fənər zədələnib. Mənbə: KP.ru Xeberal.az

Dünya

Kosmosda xərçəngin dərmanı tapıldı

Kaliforniya alimləri Beynəlxalq Kosmik Stansiyada (BKS) gözlənilməz kəşf ediblər.  Yerdəki tədqiqatların məhdudiyyətlərindən məyus olan elm adamları araşdırmalarını kosmosda davam etdirmək qərarına gəliblər və xərçəngə qarşı mümkün vasitə aşkar ediblər.   Hüceyrələrin əhəmiyyətli stressə məruz qaldığı və daha sürətli qocaldığı mikroqravitasiya şəraitində tədqiqatçılar xərçəngin inkişafını və müalicə təsirlərini Yerdəkindən daha sürətli şəkildə müşahidə edə biliblər.  Tədqiqat qrupuna […]

Siyasət

Səhnəmizin “Ərəbzəngi”si: “Ayaqlarım şişib, tromb damarlarımı tutub” – MÜSAHİBƏ + FOTO

“Mənə qiymət vermədilər. Əməkdar artist adında qaldım. Camaat Prezident təqaüdü alır. Ancaq mən heç nəyə yararlı çıxmadım”. Bu sözləri Azvision.az saytına müsahibəsi zamanı “Şah İsmayıl” operasında bir zamanlar Ərəbzəngi obrazını yaradan, oxuduğu muğam və xalq mahnılarımız ilə ürəklərə yol tapan Əməkdar artist Sahibə Əhmədova deyib. Muğam ifaçısı dörd ilə yaxındır ki, xərçəng xəstəliyi ilə mübarizə apardığını […]